Azərbaycanda benzinin qiyməti qalxdı - Rəsmi

09:38 15.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayının 15-dən etibarən “A-98 SUPER” və “A-95 PREMİUM” markalı yanacaq növlərinin qiymətində artım baş verib.

 

Hafta.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

 

O qeyd edib ki, buna səbəb mənbə ölkədə qiymət artımı ilə əlaqədardır: 

 

“Beləliklə, bu gündən “A-98” 1.90 manata, “A-95” isə 1.60 manat satışı həyata keçirilir”.

 

Qeyd edək ki, son qiymət dəyişikliyinə qədər Azərbaycana xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin qiyməti 1 manat 45 qəpik, “Aİ-98” super markalı benzinin qiyməti 1 manat 60 qəpik təşkil edirdi.